Pərdəarxası məlum oldu: "İranı ona görə vururlar ki..."
Dünya
13.05.2026 11:20
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrana qarşı addımlarının məqsədlərindən birinin Tehranla ərəb ölkələri arasındakı münasibətlərin yaxşılaşmasının qarşısını almaq olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Sergey Lavrov bu barədə "RT India" telekanalına müsahibəsində danışıb.
Lavrov xatırladıb ki, illər əvvəl İordaniya kralı II Abdullah sünnilərlə şiələr arasında barışıq sammiti təşkil etmişdi. Onun sözlərinə görə, hazırda isə İranın “təcrid olunmuş ölkəyə” çevrilməsi və münasibətlərin normallaşmasının qarşısının alınması üçün “nəhəng səylər” göstərilir.
Nazir bildirib ki, İranın Fars körfəzi bölgəsindəki qonşularını elə strukturlara cəlb etmək istəyirlər ki, onlar Fələstin məsələsinin həllinə yönəlməsin və İsraillə münasibətlərin yaxşılaşdırılması naminə Fələstin mövqeyindən imtina etsinlər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, ABŞ bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Qiymət Mahir
tag: Tehran ,ABŞ,Yaxın Şərq,Rusiya,Sergey Lavrov ,TodayPress TV,
