"Paşinyan bu reallığı çox yaxşı bilir" – Rusiyadan İrəvana xəbərdarlıq...
Dünya
16.05.2026 14:36
"Rusiya Federasiyası Ermənistanla özünün "geosiyasi boşanmasını" sürətləndirməməlidir. Cənubi Qafqaz respublikası hələ Moskva üçün tamamilə itirilməyib və hətta Baş nazir Nikol Paşinyanın komandasının mümkün uğuru belə regionda Rusiyanın təsirinin tamamilə yox olması mənasına gəlmir".
TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı politoloq və aparıcı ekspert Sergey Markedonov bəyanat yayıb.
Bildirilib ki, bu gün İrəvan Avrasiya İqtisadi İttifaqına (Aİİ) real alternativ deyil, yalnız "maksimum bəyannamələr və minimum öhdəliklər" ehtiva edən "elitar, ideoloji cəhətdən idarə olunan konstruksiyalar" təklif olunur. Siyasətçinin fikrincə, mövcud şəraitdə Moskvanın emosional reaksiya verməsi deyil, öz şəxsi gündəliyini irəli sürməsi və Ermənistanda təsirini qorumaq üçün aktiv mübarizə aparması olduqca vacibdir.
Məlumata görə, ekspert Avropa İttifaqı (Aİ) bazarının Rusiya və Aİİ bazarını Ermənistan üçün əvəz etməyə qətiyyən hazır olmadığını vurğulayıb. Qeyd edilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da real iqtisadi mənzərəni və bu reallığı çox yaxşı anlayır.
Qiymət Mahir
