Papadan Trampa tənqid: “ABŞ–Aİ ittifaqı təhlükə altındadır”
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın son açıqlamalarını tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
O deyib ki, bu bəyanatlar ABŞ və Avropa arasında uzunmüddətli ittifaqı zəiflədə bilər.
Ukraynaya dair ABŞ planı ilə bağlı suala Papa geniş şərh vermək istəməsə də, planın bəzi hissələrinin ABŞ-Aİ münasibətlərini ciddi şəkildə dəyişdirə biləcəyini deyib.
O, Vaşinqtonun son açıqlamalarının iki tərəf arasındakı mühüm müttəfiqliyi zəiflətmək cəhdi kimi göründüyünü və planın həm ABŞ-də, həm də digər ölkələrdə qarışıq reaksiyalar doğura biləcəyini vurğulayıb.
Türkan İsgəndərli