Pakistandan dünyaya güc nümayişi: "Fatah-3" hipersəs raketi sınaqdan keçirildi - VİDEO
Pakistan ordusu "Fatah-3" hipersəs qanadlı raketinin sınaq buraxılışını uğurla həyata keçirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu, ölkənin müdafiə qabiliyyətinin inkişafında mühüm mərhələ hesab olunur.
Raket sınağı Pakistanın regional təhlükəsizlik çağırışlarının dəyişdiyi bir şəraitdə yerli silah sistemləri hazırlamaq və müdafiə texnologiyalarına investisiya yatırmaqla hərbi imkanlarını modernləşdirməyə davam etdiyi vaxta təsadüf edir.
Ordunun media qurumu bildirib ki, "Fatah-3" raketi Ordunun Raket Qüvvələri Komandanlığının əməliyyat çevikliyini və zərbə məsafəsini əhəmiyyətli dərəcədə artıracaq, bununla da Pakistanın ənənəvi çəkindirmə və müdafiə mövqeyini daha da gücləndirəcək.
“Bu silah sistemi qabaqcıl naviqasiya və hərəkət sistemləri ilə təchiz olunub, hipersəs sürətlə yüksək dəqiqlik və dağıdıcı güclə uzaq məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir”, – deyə qurumun bəyanatında qeyd olunub.
Aysel Mətləb