Pakistan DİN rəhbəri Tehranda: ABŞ-nin tələb etdiyi sənəd masadadır

Dünya

16.05.2026 20:16

Pakistanın daxili işlər naziri Möhsin Razi Nəqvinin Tehrana səfəri danışıqlar sənədi üzrə razılığın əldə olunmasını hədəfləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan mənbələrinə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, Amerika tərəfi danışıqlar sənədinin konkret bəndləri üzrə cavablar tələb edib.

Qeyd edilib ki, Pakistan daxili işlər nazirinin İrana səfəri konkret razılaşmanın əldə olunmasına yönəlib. Onların iddiasına görə, nüvə proqramı da daxil olmaqla, həllini tapmamış məsələlər üzrə danışıqlar üçün qapı açıqdır.

Aysel Mətləb

TodayPress TV

tag: Pakistan,İran,ABŞ,Danışıq,TodayPress TV,