Orban Türkiyəyə səfər edəcək
Dünya
07.12.2025 17:30
Macarıstanın Baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə baş tutur.
Viktor Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.
Səfər zamanı keçiriləcək görüşlərdə genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri, mövcud regional və qlobal məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, ikitərəfli münasibətlərin hüquqi əsasını gücləndirmək üçün müxtəlif müqavilələrin imzalanması nəzərdə tutulur.
tag: Viktor Orban ,Türkiyə,Səfər,Burhanəddin Duran,Todaypress.tv,
