Orban 38 milyonluq sərvətini rəqibinə görə fəda etdi!

Dünya

16.05.2026 19:10

Macarıstanın keçmiş Baş naziri Viktor Orban Ukraynanın Zakarpatya bölgəsində yaşayan macar azlığı üçün fəaliyyət göstərən “Xeyirxah Samariyalı” uşaq evinə çıxış müavinətini bağışlayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Orban bu barədə “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, Zakarpatiya Reform Kilsəsinin nəzdində fəaliyyət göstərən “Xeyirxah Samariyalı” uşaq evinə ona çatacaq çıxış müavinətini köçürəcək.

Sabiq Baş nazir 15 may tarixində uşaq evinin direktoruna göndərdiyi məktubu da yayımlayıb. Məktubda o, 38 milyon forintdən artıq vəsaitin ianə kimi qəbul edilməsini xahiş edib.

Orban bu addımı yeni Baş nazir Peter Madyarın əvvəlki hakimiyyət dövründə ölkənin “talana məruz qalması” ilə bağlı açıqlamalarına cavab olaraq atdığını bildirib.

“Peter Madyar boş-boş danışır”, – deyə Orban qeyd edib və son 16 ildə hökumətin əldə etdiyi nailiyyətləri sadalayıb. O, həmçinin yeni hökumətin əvvəlki hakimiyyətin yaratdıqlarını məhv etməyəcəyinə ümid etdiyini vurğulayıb.

Qiymət Mahir

tag: Macarıstan, Viktor Orban, Ukrayna,Peter Macar,