"Onlar buna razı olmayacaq!" – Avropadan Kiyevə bəd xəbər...
Dünya
16.05.2026 10:05
Avropa İttifaqına üzv bir sıra ölkələrin uzun müddət Ukraynanın birliyə qəbuluna qarşı çıxacağı bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Fernand Kartayzer "RİA"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukraynanın ərazisinin böyüklüyü, kənd təsərrüfatı sektorunun əhəmiyyəti və ölkədəki dağıntıların miqyası nəzərə alınarsa, Aİ-yə üzv dövlətlərin çoxu uzun müddət Kiyevin üzvlüyünə etiraz edəcək.
Kartayzer, həmçinin vurğulayıb ki, Ukrayna Aİ-yə daxil olmamışdan əvvəl qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə problemlərini həll etməlidir.
Avroparlament deputatı hesab edir ki, Ukraynanın Aİ-yə qoşulmasından sonra digər üzv ölkələrin “xalis donor”a çevrilməsi ehtimalı var və bu perspektiv bir çox dövlət tərəfindən müsbət qarşılanmır.
Qiymət Mahir
tag: Avropa ,Aİ,Kiyev,Fernand Kartayzer,TodayPress TV,
