ODKB: Qlobal gərginliyin artması qarşıdurma təhlükəsi yaradır

Dünya

08.12.2025 16:10

Dünya üzrə siyasi gərginliyin yüksəlməsi, güc tətbiqi və suveren dövlətlərin daxili işlərinə müdaxilə qlobal miqyasda ciddi qarşıdurma riskini artırır.

TodayPress TV xəbər verir ki, bu barədə Parlamentlərarası Assambleyanın (PA ODKB) bəyanatında bildirilib. 

Assambleya vurğulayıb ki, çoxqütblü dünyanın formalaşdığı indiki mərhələdə Avrasiya məkanında bölünməz təhlükəsizlik arxitekturasının qurulması xüsusi əhəmiyyət kəsb edir və mövcud təhdidlər bu ehtiyacı daha da artırır.

Bəyanatda qeyd edilir:

“Dövlətlərin milli maraqlarını nəzərə alaraq mehriban qonşuluq siyasətinin və sülh şəraitində birgəyaşayışın möhkəmləndirilməsinə sadiqliyimizi ifadə edirik. Münaqişə və qarşıdurmaların siyasi-diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayırıq”.

Qeyd edək ki, assambleyanın Şurasının birgə iclası və PA ODKB-nin 18-ci plenar toplantısı Dövlət Dumasının binasında spiker Vyaçeslav Volodinin sədrliyi ilə keçirilir. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İran parlament nümayəndə heyətləri iştirak edir. Ermənistan toplantıda təmsil olunmayıb.

Qiymət Mahir

tag: Tacikistan ,Dünya ,Parlamentlərarası Assambleya,Avrasiya ,Todaypress.tv,