Niderlandda hakim koalisiya dağılır? - Baş nazir mühüm xarici səfərini ləğv etdi
Niderlandın Baş naziri Rob Yetten hakim koalisiya daxilində davam edən böhran səbəbindən yaxın günlərdə krallığa məxsus Karib adaları Sint-Estatius və Sint-Martenə planlaşdırılan səfərini ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə “NOS” telekanalı məlumat yayıb.
Məlumata görə, noyabrın 16-da hökumət başçısı kral Villem-Aleksandr və krallıq məsələləri üzrə dövlət katibi Erik van der Burqla birlikdə ABŞ-nin müstəqilliyinin ilk simvolik tanınmasının 250 illiyinə həsr olunmuş Sint-Estatius adasındakı təntənəli tədbirlərdə iştirak etməli idi. Ertəsi gün Yetten Niderlandın daha iki Karib mülkü – Aruba və Kürasaonun hökumət nümayəndələrinin də qatılacağı ilk sammitin keçiriləcəyi Sint-Marten adasına səfər etməyi planlaşdırırdı.
Səfərin ləğvi ilə bağlı qərar baş nazirin öz müavinləri Dilan Yeşilgöz-Zegerius və Bart van den Brinklə keçirdiyi, siyasi böhranın həlli ilə nəticələnməyən yeddi saatlıq təcili danışıqlardan sonra qəbul edilib. Məlumata görə, məsləhətləşmələr qarşıdakı bütün həftəsonu ərzində davam edəcək.
Aysel Mətləb