Niderland hökuməti Ukraynaya əlavə hərbi yardım ayıracaq
Dünya
08.12.2025 19:00
Niderland hökuməti yaxın vaxtlarda Ukraynaya əlavə 700 milyon dollar məbləğində hərbi yardım ayırmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə XİN-in açıqlamasında bildirilib.
Məlumata görə, bu qərar parlamentin ən böyük müxalifət fraksiyası olan Yaşıl Sol və 2026-cı ilə qədər Kiyevə dəstək üçün əlavə 2 milyard dollar ayırmağı planlaşdıran Leyboristlər Partiyasının təşəbbüs planının həyata keçirilməsində ilk addım hesab olunur.
Nazirlər Kabineti 500 milyon dolların Müdafiə Nazirliyinin, 200 milyon dolların isə Xarici İşlər Nazirliyinin büdcəsindən ayrılacağını qeyd edib. Bununla yanaşı, rəsmilər 2026-cı ildə Ukraynaya yardımın tam məbləğinin ayrılmasının müəyyən maliyyə məhdudiyyətləri ilə üzləşə biləcəyini vurğulayıblar.
Rəsmi məlumatlara əsasən, Niderland hər il Ukraynaya təxminən 3,5 milyard dollar dəstək göstərir. Lakin gələn ilin büdcəsindən nəzərdə tutulan 2 milyard dollar artıq 2025-ci il üçün xərclənib.
Türkan İsgəndərli
tag: Niderland,Ukrayna,Hərbi,Yardım,Todaypress.tv,
