Neft bazarında geriləmə: Qiymətlər yenidən düşür
Dünya bazarında neftin qiyməti ardıcıl ikinci həftədir ucuzlaşır.
TodayPress TV “Reuters”ə istinadla xəbər verir ki, cümə günü “Brent” markalı neftin bir barelinin qiyməti 95,77 dollara, ABŞ-nin WTI markalı neftinin qiyməti isə 88,57 dollara düşüb. Həftənin yekununda hər iki markanın təxminən 2% ucuzlaşacağı gözlənilir.
Ötən həftə isə “Brent” 16%, WTI 13% dəyər itirmişdi.
Kübra Musayeva