Narendra Modi Aİ ilə sərbəst ticarət razılaşmasına nail oldu
Dünya
27.01.2026 10:35
Hindistanın Baş naziri Narendra Modi bildirib ki, Hindistan və Avropa İttifaqı (Aİ) iqtisadi və strateji əlaqələrini dərinləşdirmək üçün azad ticarət razılaşmasına nail olublar.
TodayPress TV xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
"Bu müqavilə Hindistan və Avropa xalqları üçün böyük imkanlar yaradacaq. Bu, qlobal ÜDM-in 25%-ni və qlobal ticarətin üçdə birini təşkil edir”, - deyə Modi enerji konfransında çıxış edərkən vurğulayıb.
Məlumata görə, 2 milyard insana təsir edən razılaşma təxminən iyirmi il davam edən danışıqlardan sonra bağlanıb.
Qeyd edək ki, Vaşinqtonun həm Hindistanı, həm də Aİ-ni sərt idxal tarifləri ilə hədəf aldığı vaxta təsadüf edən bu razılaşma ticarət sahəsində ən böyük ikitərəfli əlaqələrdən biri olub.
Aysel Mətləb
tag: Hindistan,Modi ,Aİ,Avropa ,Todaypress.tv,
