Moskva şokda: Ukrayna Dnestryanını işğala hazırlaşır?
Moldovanın separatçı Dnestryanı (Transnistriya) bölgəsini "deokupasiya" etmək üçün ideal vaxtdır. Ukrayna bunu hərbi yolla tez və effektiv şəkildə dəstəkləyə bilər.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordusu Korpusunun komandir müavini, polkovnik-leytenant Maksim Jorin öz "Telegram" kanalında yazıb.
Jorin deyir ki, Rusiyanın indi Dnestryanını müdafiə etmək üçün kifayət qədər resursu və qoşunu yoxdur, bütün diqqət Ukrayna cəbhəsindədir.
O, Moldovanın öz ərazilərini geri qaytarmaq vaxtının çatdığını vurğulayıb.
Jalə Rövşən