Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO
Ukraynanın Rusiyanın paytaxtı Moskva və ətraf bölgələrinə növbəti dron hücumları təşkil etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, paytaxt meri Sergey Sobyaninin sözlərinə görə, paytaxt istiqamətində hərəkət edən bir neçə dron hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilib.
Bəzi ərazilərdə təhlükəsizlik məqsədilə hava həyəcanı siqnalları verilib. Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynadan buraxılan onlarla dronun vurulduğunu açıqlayıb.
Sosial şəbəkələrdə və yerli kanallarda yayılan görüntülərdə Moskvada bəzi hissələrində dağıntıların olduğu iddia edilir.
Türkan İsgəndərli