Məşhur investor "Bitcoin"in hansı gözləntiləri doğrultmadığını açıqladı

Dünya

13.05.2026 08:00

Məşhur investor Rey Dalio "Bitcoin"in sığınacaq-aktiv kimi gözləntiləri doğrultmadığını düşünür.

TodayPress TV-nin xəbərinə görə, bu barədə "Odaily" kontent platforması yazıb.

Platforma investorun kriptovalyutanın bu funksiyası ilə bağlı məyusluğundan bəhs edib.

"Bridgewater" investisiya şirkətinin 76 yaşlı təsisçisi və rəhbərinin sözlərinə görə, "Bitcoin"də konfidensiallıq (məxfilik) çatışmır, onun kotirovkaları texnoloji şirkətlərin səhm dinamikası ilə çox əlaqəlidir, kapitalizasiya isə qızılda olduğundan xeyli aşağıdır.

Əhəmiyyətli dalğalanmalara baxmayaraq, "Bitcoin" daha əvvəl yaxın gələcəkdə qızıl kimi qoruyucu ola biləcək aktiv qismində ciddi şəkildə nəzərdən keçirilirdi. Bu proqnoz Donald Trampın ABŞ ikinci dönəm rəhbərliyinə gəlişindən sonra "Bitcoin"in qiymətinin əhəmiyyətli dərəcədə artması fonunda xüsusilə güclənmişdi.

TodayPress TV

tag: Bitcoin,İnvestisiya,Dünya,Proqnoz,Todaypress.tv,