Merts: “Avropada Rusiyanın aktivləri uzun müddət dondurulacaq”
“Avropada Rusiyaya məxsus aktivlər uzun müddət dondurulmuş və immobilizə edilmiş vəziyyətdə qalacaq”.
TodayPress TV xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Almaniya hökumətinin rəsmi saytında yayımlanan konfrans zamanı Kansler bildirib ki, Rusiyanın Avropadakı aktivlərinin taleyi ilə bağlı müvafiq qərar ötən həftə qəbul edilib və bu qərar uzunmüddətli xarakter daşıyır.
Qiymət Mahir