Merts: "Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək"

Merts: "Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək"
07.12.2025 20:42 Dünya

"Almaniya həmişə İsrailin mövcud olmaq hüququnu və təhlükəsizliyini müdafiə edəcək".

TodayPress TV DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts "Yad Vaşem" xatirə kompleksini ziyarət edərkən qonaqlar kitabına yazıb.

"Almanların yəhudi xalqına qarşı törətdiyi dəhşətli Holokost cinayətini yadda saxlayacağıq. Almaniya İsrailin mövcudluğunu və təhlükəsizliyini müdafiə etməlidir. Bu, münasibətlərimizin davamlı təməlidir və əbədi olaraq belə davam edəcək", - kansler yazıb.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər