Məkkə sazişi qüvvəyə mindi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə sazişinin ratifikasiyasını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, sənəd Türkiyənin rəsmi dövlət nəşri olan “Resmî Gazete”də dərc olunub.
Bu qərarla üç ölkə arasında birgə müdafiə sazişinin ratifikasiya prosesi Türkiyədə başa çatıb. Sazişə əsasən, tərəflərdən birinə xarici hücum digər ölkələrə qarşı hücum kimi qiymətləndiriləcək.
Kübra Musayeva