Makrona dəyən şillənin səbəbi iranlı xanım imiş - İDDİA - FOTO - VİDEO
Dünya
13.05.2026 19:19
Fransa mediasında prezident Emmanuel Makron və birinci xanım Bricit Makronla bağlı yeni iddialar yayılıb.
TodayPress TV xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, prezident təyyarəsinin qapısı açılan zaman çəkilən görüntülərdə Bricit Makronun Emmanuel Makronun üzünə toxunduğu və onu itələdiyi kimi görünən bir jest qeydə alınıb.
Prezidentin yaxın çevrəsi isə həmin anın sadəcə cütlük arasında “zarafatlaşma” olduğunu bildirib.
Bununla yanaşı, “Paris Match” jurnalisti Florian Tardif öz kitabında fərqli versiya irəli sürərək, Makronun bir müddətdir İranlı aktrisa Gülşiftə Fərahani ilə “platonik münasibət” yaşadığına dair iddiaların olduğunu yazıb.
Onun sözlərinə görə, tərəflər arasında mesajlaşmaların emosional xarakter daşıdığı da iddia edilir.
Müəllif həmçinin Vyetnama səfər zamanı baş verən gərginliyin şəxsi münasibətlərdəki mümkün narazılıqlarla əlaqələndirildiyini irəli sürüb. İddialara görə, mübahisəyə səbəb Bricit Makronun prezidentin telefonunda həmin aktrisa ilə bağlı mesaj görməsi olub.
Lakin Bricit Makronun ətrafı “Le Parisien”ə açıqlamasında bu iddiaları təkzib edib.
Bildirilib ki, birinci xanımın heç vaxt prezidentin telefonunu yoxlamadığı və sözügedən jestin İranlı aktrisa ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb.
tag: Makron,Fransa,Jest,İddia,Todaypress.tv,
