Lula da Silva Trampdan xahiş etdi: Kubaya şans verin!

Lula da Silva Trampdan xahiş etdi: Kubaya şans verin!
17.05.2026 19:25 Dünya

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva amerikalı həmkarı Donald Trampdan Kubaya qarşı tətbiq olunan iqtisadi blokadanı ləğv etməyi xahiş edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, ABŞ-nin "The Washington Post" qəzetinə verdiyi müsahibəsində bildirib.

Nəşrin məlumatına görə, Silva Vaşinqton administrasiyasının rəhbərini "Kubaya şans verilməli olduğuna" inandırmağa çalışıb:

"Mənim tək bildiyim odur ki, əgər ABŞ öz rəyini diktə edəcəyi bir masa arxasında deyil, real danışıqlar masası arxasında əyləşərsə, Kuba bu danışıqlarda iştirak edəcək".

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər