"Lufthansa" İsrailə uçuşları bərpa edəcək - BU TARİXDƏ

Dünya

13.05.2026 19:40

Almaniyanın "Lufthansa" aviaşirkəti iyunun 1-dən Təl-Əvivdə yerləşən Ben-Qurion hava limanına və əks istiqamətə uçuşları mərhələli şəkildə bərpa etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

“Lufthansa”nın açıqlamasında bildirilib ki, qərar hərtərəfli təhlükəsizlik qiymətləndirilməsindən sonra qəbul edilib.

Məlumata görə, bu açıqlama Avropa Uçuş Təhlükəsizliyi Agentliyinin İsrail və regionun bəzi hissələrinin hava məkanından istifadə ilə bağlı tövsiyələrini yumşaltmasından bir gün sonra verilib.

Qeyd olunub ki, ilkin mərhələdə iyunun 1-dən Austrian Airlines və Lufthansa Cargo Təl-Əvivə və əks istiqamətə reysləri bərpa edəcək.

Bildirilib ki, "SWISS", "ITA Airways" və “Lufthansa” iyulun 1-dən uçuşları yenidən həyata keçirməyi planlaşdırır. Eurowingsin isə iyulun ortalarınadək Təl-Əvivə reysləri bərpa edəcəyi gözlənilir.

Məlumata əsasən, Brussels Airlines Təl-Əvivə uçuşları oktyabrın 24-dək bərpa etməyəcək.

TodayPress TV

tag: Lufthansa,Almaniya,Ben-Qurion,Təl-Əviv,Todaypress.tv,