Londonda etiraz aksiyaları zamanı 31 nəfər saxlanıldı
Londonda keçirilən iki etiraz aksiyasında saxlanılanların sayı 31-ə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.
"Hər iki etiraz aksiyası üçün mitinqlər davam edir. İndiyə qədər bütün əməliyyat zamanı 31 nəfər saxlanılıb", - deyə bildirilib.
Qeyd edilib ki, ümumilikdə heç bir ciddi hadisə qeydə alınmayıb.
Qeyd edək ki, mayın 16-da Londonda "Unite the Kingdom" ("Krallığı birləşdirin") şüarı altında vətənpərvərlik yürüşü və Fələstinə dəstək yürüşü keçirilir.