Latviya müxalifəti hakimiyyətə gəlir? - Prezident Rinkeviçs bəayn etdi
Dünya
16.05.2026 22:09
Latviya Prezidenti Edqars Rinkeviçs ölkədəki hakim koalisiyanın süqutundan sonra yeni hökuməti formalaşdırmağı müxalifət siyasətçisi Andris Kulberqsə tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə qərar siyasi partiyalarla aparılan məsləhətləşmələrdən sonra — Baş nazir Evika Silinanın üçpartiyalı koalisiya hökumətinin dağılması fonunda istefa verməsindən bir neçə gün sonra açıqlanıb.
Rinkeviçs bildirib ki, Latviya üçün mövcud hökumətin beş ay sonra keçiriləcək parlament seçkilərinə qədər müvəqqəti idarəedici rolunda qalmasındansa, yeni administrasiyanın qurulması daha məqsədəuyğundur.
"Bu, asan yol olmayacaq. Siyasi ritorika kifayət qədər qızışdığı üçün bu yol olduqca mürəkkəb keçəcək", - deyə prezident etiraf edib.
Dövlət başçısı növbəti seçkilərə qədər vaxtın məhdud olması səbəbindən prosesin adi hallardan daha sürətlə irəliləməli olduğunu vurğulayıb.
Aysel Mətləb
tag: Latviya,Edqars Rinkeviçs,Müxalifət,TodayPress TV,
