Latviya müdafiəyə 2 milyard dollardan çox vəsait ayıracaq
Dünya
10.12.2025 18:30
Latviya hökuməti 2026-cı ildə müdafiə xərclərini 2 milyard dollardan çox artıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə müdafiə naziri Andris Spruds bildirib.
Onun sözlərinə görə, bu məbləğ ölkənin ÜDM-nin 4,91%-nə bərabərdir və Latviyanın tarixində ən yüksək göstəricidir.
Büdcənin təxminən 53%-i hərbi potensialın gücləndirilməsinə yönəldiləcək, qalan hissə isə silahlı qüvvələrin saxlanmasına və infrastrukturun inkişafına sərf olunacaq. 2026-cı ildə ölkə döyüş maşınlarının, hava hücumundan müdafiə sistemlərinin alınmasını və sursat ehtiyatlarının artırılmasını planlaşdırır.
Latviya əvvəlcədən təsdiqləyib ki, müdafiə xərcləri 2026-cı ildə ÜDM-in 4%-i, 2027-ci ildən isə 5%-i səviyyəsinə çatdırılacaq.
Bu qərar NATO-nun Haaqada keçirilən sammitində qəbul etdiyi yeni xəttlə də üst-üstə düşür. NATO 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in ən azı 3,5%-nə, mühüm infrastruktur və mülki hazırlığa isə 1,5%-dək artırmağı planlaşdırır.
Türkan İsgəndərli
tag: Latviya,Müdafiə,NATO,Vəsait,Todaypress.tv,
