Körfəz müharibəsindən bəri bir ilk: Hasilatda 36 ilin ən aşağı göstəricisi qeydə alındı

Dünya

13.05.2026 20:38

Səudiyyə Ərəbistanı “OPEC”i aprel ayında ölkədə xam neft hasilatının daha 651 min barel azalaraq sutkada 6,316 milyon barelə endiyi ilə bağlı məlumatlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, bu göstərici 1990-cı ildə baş vermiş Körfəz müharibəsindən bəri ən aşağı səviyyə kimi qeydə alınıb.

Nəşrin məlumatına görə, İranla müharibə fonunda tədarük zəncirində yaranan fasilələr və Fars körfəzindən ixracın azalması bu geriləmənin əsas səbəbləridir. Qeyd edilir ki, fevral ayından etibarən Səudiyyə Ərəbistanının ümumi hasilat itkisi təxminən 42 faizə çatıb.

Aysel Mətləb

TodayPress TV

tag: OPEC,Səudiyyə Ərəbistanı,Körfəz ,Fars ,TodayPress TV,