KİV: ABŞ təyyarədaşıyan gəmisi Krit adasına çatdı
Amerikanın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi Yunanıstanın Krit adasındakı Souda körfəzindəki ABŞ bazasına çatıb və fevralın 27-dək orada qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Proto Thema” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 4500 nəfərlik heyətə malik təyyarədaşıyan gəmi fevralın 27-nə qədər yanacaq doldurmaq və istirahət etmək üçün Soudada qalacaq.
Bildirilib ki, gəminin gəlişi ABŞ-nin 6-cı Donanmasının Aralıq dənizində planlaşdırılan mövcudluğunun bir hissəsidir.
Qeyd edək ki, Kritdəki bazada həmçinin “F-35” və “A-10” kimi çoxsaylı ABŞ hərbi təyyarələri də yerləşir.
Aysel Mətləb