Karusel göydə durdu, 14 nəfər 40 metr yüksəklikdə qaldı

Karusel göydə durdu, 14 nəfər 40 metr yüksəklikdə qaldı
19.09.2026 05:20 Dünya

Moskvada parkdakı “Stratosfera” attraksionunda nasazlıq baş verib, nəticədə 14 sərnişin, o cümlədən səkkiz uşaq, təxminən 40 metr yüksəklikdə qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, attraksion sərnişinlər yuxarı nöqtəyə çatdıqda dayanıb. Park əməkdaşları səsgücləndiricilər vasitəsilə sərnişinləri sakitləşdirməyə çalışıblar.

Kabinin təxliyəsi üçün xüsusi texnikalardan istifadə edilib. Hazırda mütəxəssislər attraksionun dayanmasının səbəblərini araşdırırlar.

İlkin məlumata görə, attraksionda qalan bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir.

Qeyd edək ki, “Stratosfera” Moskvanın ən hündür zəncirli karuseli hesab olunur. Attraksion ziyarətçiləri yer səviyyəsindən təxminən 60 metr yüksəklikdə qaldırır.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər