Kanada ABŞ asılılığından qurtulmaq istəyir
Kanada ABŞ-nin müdafiə asılılığından qurtulmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin fevral ayında dərc edilmiş Müdafiə Sənayesi Strategiyası, Avropa ölkələri kimi Kanadanın da artıq iqtisadi və ya hərbi baxımdan təhlükəsizlik təminatı kimi ABŞ-yə etibar edə bilməyəcəyini göstərir.
“İmperiya işğalının sonu, Avropada sülhün davamlılığı və köhnə ittifaqların möhkəmliyi ilə bağlı uzun müddətdir mövcud olan fikirlər alt-üst olub. Bu qeyri-sabit dünyada Kanadanın öz müdafiəsini təmin edə bilməsi və suverenliyini qoruya bilməsi hər zamankindən daha vacibdir”, - deyə sənəddə yazılıb.
Aysel Mətləb