İsrail Sur şəhərini bombaladı: Ölənlər var

Dünya

16.05.2026 21:03

İsrail hərbi təyyarələri Sur şəhərinin Cibal əl-Butm qəsəbəsinə və şərqindəki Əl-Huş bölgəsinə hava zərbələri endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Livanın rəsmi "NNA" agentliyi məlumat yayıb.

Surun Teyr Felsiyyə qəsəbəsində bir evi hədəf alan hava hücumu nəticəsində bir qadın və onun tibb işçisi olduğu bildirilən oğlu həyatını itirib, 5 nəfər isə yaralanıb.

Yaralılar Sur şəhərindəki xəstəxanalara yerləşdirilib.

Hədəfə alınan binanın dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi və dağıntılar altında digər şəxslərin də ola biləcəyi ifadə edilib.

Aysel Mətləb

TodayPress TV

tag: İsrail,Sur,Livan,Hücum,TodayPress TV,