İslamabadda ölənlərin sayı 20 nəfərə çatdı YENİLƏNDİ
Dünya
02.03.2026 02:55
ABŞ və İsrailin İrana qarşı zərbələrinə etiraz olaraq Pakistanın bir neçə şəhərində keçirilən nümayişlər zamanı ən azı 20 nəfər həlak olub, 100-dən çox şəxs xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Əsas etiraz aksiyaları İslamabad, Lahor, Peşəvər və Karaçidə baş tutub. Nümayiş iştirakçıları ABŞ nümayəndəliklərinə yaxınlaşmağa çalışıblar. Agentliyin məlumatına görə, Pakistanın paytaxtında baş verən qarışıqlıq zamanı üç nəfər ölüb.
***
22:30
Pakistanın paytaxtı İslamabadda ABŞ və İsrailin İrana endirdiyi zərbələrə qarşı keçirilən etiraz aksiyaları zamanı azı üç nəfər həlak olub, 51 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, məlumatı "Xinhua" agentliyi mənbələrə istinadən yayıb.
Bundan əvvəl Pakistanın "Dawn" qəzeti hüquq-mühafizə orqanlarının ABŞ səfirliyinə doğru hərəkət edən minlərlə etirazçını dağıtdığını bildirmişdi. Şəhərin diplomatik anklavı ərazisində vəziyyətin gərgin olduğu, günorta saatlarında atəş səslərinin eşidildiyi qeyd olunub.
tag: İslamabad ,Etiraz ,İran ,ABŞ,Todaypress.tv,
