İslam "NATO"su qurulur: Birinə hücum, hamısına hücum sayılacaq! Türkiyə də var...
Dünya
13.05.2026 13:11
Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Strateji Qarşılıqlı Müdafiə Müqaviləsinə (SMDA) Türkiyə və Qətərin də daxil olması gündəmdədir.
TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Müdafiə naziri Xvaca Məhəmməd Asif bəyanat yayıb.
Nazir bildirib ki, Türkiyə və Qətərin bu mövcud müqaviləyə qoşulması regionda təhlükəsizlik baxımından müsbət addım olar.
“Əgər Qətər və Türkiyə də bu mövcud müqaviləyə qoşularsa, bu, alqışlanacaq bir hadisə olar”, — deyə nazir vurğulayıb.
Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış orijinal paktın şərtlərinə görə, tərəflərdən birinə qarşı hərbi təcavüz hər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir (NATO-nun 5-ci maddəsinə bənzər prinsip). Türkiyə və Qətərin bu ittifaqa qoşulması Yaxın Şərqdə yeni və nəhəng bir hərbi blokun yaranması mənasına gəlir.
Qiymət Mahir
tag: Pakistan ,Səudiyyə Ərəbistanı,Türkiyə,Qətər,TodayPress TV,
