İrandan ABŞ və İsrailə sərt mesaj: “Biz hələ yeni başlamışıq”
Dünya
17.05.2026 02:00
İrandan fərqli olaraq, ABŞ və İsrail üçün 40 günlük müharibə ərzində xərclənən raket və bomba ehtiyatlarını bərpa etmək asan olmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kovsari bəyan edib.
"Düşmən bu 40 gün ərzində əlindən gələn hər şeyi etdi. İtirilmiş bomba və raketlərin bərpa etmək onlar üçün asan olmayacaq, lakin biz öz itkilərimizi asanlıqla kompensasiya edə bilərik", - deyə o bildirib.
Kovsari vurğulayıb ki, İranın düşmənləri İslam Respublikasının "hansı səviyyədə imkanlara" malik olduğundan xəbərsizdirlər:
"Düşmənlər bomba yağdıra və raketlər buraxa bilərlər, lakin İran milləti istənilən təhdidə tab gətirməyə hazırdır. Biz hələ yeni başlamışıq və düşmən peşman olacaq".
Aysel Mətləb
tag: İran,ABŞ ,İsrail ,İsmail Kovsari ,TodayPress TV,
