"İran artıq o gücdə deyil" – Tramp hərbi texnologiyaların itirildiyini açıqladı

Dünya

13.05.2026 01:00

ABŞ Prezidenti Donald Tramp “saxta xəbərlər” adlandırdığı bəzi media orqanlarını tənqid edərək, onların İranın ABŞ-yə qarşı hərbi baxımdan üstün mövqedə olduğunu iddia etməsini “tamamilə yanlış” və “əsassız” adlandırıb.

TodayPress TV xəbər verir ki, o, bu cür məlumatların İran üçün “yalançı ümid yaratdığını” və ABŞ-yə qarşı mövqe kimi qiymətləndirildiyini bildirib.

Trampın sözlərinə görə, İranın Hərbi Dəniz Qüvvələrinə məxsus 159 gəmi mövcud olub. Prezident, həmçinin onların hamısının sıradan çıxdığını, donanmanın fəaliyyət qabiliyyətini itirdiyini iddia edib.

Amerika lideri İran Hərbi Hava Qüvvələrinin zəiflədiyini, hərbi texnologiyaların itirildiyini və ölkədə rəhbər strukturun ciddi zərər gördüyünü bildirib.

ABŞ prezidenti İranın hazırkı vəziyyətini “iqtisadi böhran” kimi xarakterizə edib və ölkəyə qarşı sərt tənqidi fikirlər səsləndirib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,İran,ABŞ,Hərbi,TodayPress TV,