İordaniyada ABŞ-nin “THAAD” radar sistemi sıradan çıxıb

İordaniyada ABŞ-nin “THAAD” radar sistemi sıradan çıxıb
06.03.2026 13:39 Dünya

İordaniyada yerləşən ABŞ-yə məxsus “THAAD” raketdən müdafiə sisteminin radar qurğusu İranla münaqişənin ilk günlərində zərbə nəticəsində sıradan çıxmış ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə CNN telekanalı əldə etdiyi peyk görüntülərinə istinadən məlumat yayıb.

Məlumata görə, görüntülərin təhlili radar sisteminin yerləşdiyi obyektin ciddi zərər gördüyünü göstərir. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində oxşar radar sistemlərinin yerləşdiyi daha iki obyektə də zərbələr endirildiyi bildirilib. Lakin CNN həmin obyektlərin böyük zərər görüb-görmədiyini təsdiqləyə bilmədiyini qeyd edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər