İlon Mask tarixdə ilk trilyonçu oldu

İlon Mask tarixdə ilk trilyonçu oldu
12.06.2026 08:14 Dünya

Amerikalı sahibkar İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu oldu.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.

Amerikanın "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.

"SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər