"İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi

"İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi
16.06.2026 19:18 Dünya

"İran və ABŞ qarşılıqlı anlaşma əldə etdikdən sonra yenidən güc ssenarisinə qayıtmamalıdırlar".

TodayPress TV xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə telefon danışığı zamanı bildirib. 

Onun sözlərinə görə, sülhə açılan qapı artıq açıqdır və o, bir daha bağlanmamalıdır. Nazir vurğulayıb ki, Yaxın Şərq uzun müddət müharibələrdən əziyyət çəkib və onun xalqları sülhə layiqdir.

Vanq Yi qeyd edib ki, hazırkı konsensus Yaxın Şərq və Fars körfəzi regionunda davamlı sülhə nail olmaq istiqamətindəki səylərdə yeni bir mərhələ açıb. Onun fikrincə, danışıqların ikinci mərhələsi, yəqin ki, birincidən daha çətin olacaq, lakin tərəflər "geriyə addım atmamalı" və xüsusilə də yenidən güc tətbiqinə əl atmamalıdırlar.

Çin XİN rəhbəri bildirib ki, beynəlxalq birlik İran və ABŞ arasındakı danışıqlara gələcəkdə də dəstək nümayiş etdirməlidir, BMT Təhlükəsizlik Şurası və digər çoxtərəfli strukturlar isə daha mühüm rol oynamalıdırlar. Vanq Yinin sözlərinə görə, Çin, Yaxın Şərqdə danışıqlara kömək etmək, sülhün, sabitliyin və inkişafın bərpası istiqamətində Pakistanla birlikdə səylərini davam etdirməyə hazırdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər