Hörmüz boğazında tanker vuruldu
Hörmüz boğazında İran ərazisindən buraxılan iki dronla “ATHE NOVA” tankerinə hücum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“ABŞ-nin Hörmüz boğazında müttəfiqi olan “ATHE NOVA” yanacaq tankeri iki dron tərəfindən vurulduqdan sonra yanmağa davam edir”, - deyə bildirilib.
Aysel Mətləb