Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANDI

Dünya

16.05.2026 20:30

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hücumlardan sonra İranın Hörmüz boğazını bağlaması ilə regionda təxminən iki min gəmi və 20 min gəmi heyəti çarəsiz vəziyyətdə - blokadada qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə İranın yarı rəsmi "Fars" agentliyi məlumat yayıb.

Bəzi gəmilərin İranın icazəsi ilə Hörmüz boğazından keçdiyi, buna baxmayaraq, sığorta və təhlükəsizlik problemləri kimi səbəblərdən çox sayda gəminin heyəti ilə birlikdə boğazdan keçid edə bilmədiyi qeyd olunub.

Məlumata görə, bəzi yükdaşıma şirkətlərinin gəminin sığortasını ləğv etdiyi, bu səbəbdən də gəmilərin fərqli limanlara da yan ala bilmədiyi iddia edilir.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Hörmüz,Blokada,ABŞ,TodayPress TV,