"Hizbullah"ın PUA-sı İsrail sərhədində yanğına səbəb oldu

"Hizbullah"ın PUA-sı İsrail sərhədində yanğına səbəb oldu
12.05.2026 22:52 Dünya

Livan sərhədi yaxınlığında "Hizbullah" tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusu və yerli media məlumat yayıb.

İsrail ordusu "düşmən PUA-larının sızması" kimi xarakterizə edilən hadisədən sonra Manara və Marqaliot yaşayış məntəqələrində xəbərdarlıq sirenlərinin işə düşdüyünü bildirib. Ordunun bəyanatında qeyd olunub ki, "Hizbullah" Livanın cənubundakı və İsrail ərazisindəki qüvvələrə qarşı bir neçə partlayıcı PUA və şübhəli hava hədəfləri buraxıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri bir PUA-nı zərərsizləşdirib, digəri isə İsrail ərazisində, Livan sərhədi yaxınlığında partlayıb. Ordu hücum nəticəsində xəsarət alan olmadığını iddia edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər