"Hizbullah" İsrailə dronlarla hücum etdi

"Hizbullah" İsrailə dronlarla hücum etdi
13.05.2026 18:00 Dünya

İsrail Müdafiə Ordusu (İDF) Livanın cənubunda iki şübhəli hava hədəfini zərərsizləşdirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "İDF"nin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda hərbçilərin fəaliyyət göstərdiyi ərazidə aşkar olunan iki şübhəli hava hədəfini ələ keçirib”, – məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, Livanın cənubunda Hizbullah hərəkatı tərəfindən bir neçə kamikadze dronu buraxılıb.

Məlumata görə, pilotsuz uçuş aparatları İsrail hərbçilərinin fəaliyyət göstərdiyi ərazinin yaxınlığında partlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər