Hindistan münaqişə ilə bağlı beynəlxalq məlumat yayacaq

Hindistan münaqişə ilə bağlı beynəlxalq məlumat yayacaq
16.05.2025 12:40 Dünya

Hindistan hökuməti Pakistana qarşı həyata keçirilən hərbi əməliyyatla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Indian Express" qəzeti məlumat yayıb.

Məqsəd Hindistanın terrora qarşı mübarizədə bütün siyasi qüvvələrinin birliyini nümayiş etdirmək və həyata keçirdiyi “Sindoor” əməliyyatı barədə obyektiv məlumat təqdim etməkdir.

Məlumata görə, bu nümayəndə heyətləri ilk növbədə Avropa və Yaxın Şərq ölkələrinə göndəriləcək. Hindistan hökuməti həmçinin müxalifət partiyalarının nümayəndələrini də bu diplomatik missiyalara qoşulmağa dəvət edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər