Hindistan İrana görə ABŞ-yə MİLYONLAR ödəyəcək

Dünya

18.05.2026 21:08

ABŞ Maliyyə Nazirliyi Hindistanın "Adani Enterprises" şirkəti ilə razılığa gəldiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, razılaşmaya əsasən, şirkət İrana qarşı tətbiq edilən Amerika sanksiyalarını 32 dəfə açıq şəkildə pozması ilə bağlı yarana biləcək mülki məsuliyyətin nizamlanması üçün 275 milyon dollar kompensasiya ödəyəcək.

Bildirilib ki, "Adani Enterprises" şirkəti Dubayda yerləşən bir treyderdən rəsmi sənədlərdə Oman və İraq qazı kimi göstərilən, lakin əslində mənşəyi İrana aid olan mayeləşdirilmiş neft qazı (LPG) partiyaları satın alıb.

TodayPress TV

tag: ABŞ ,Hindistan,Adani Enterprises,TodayPress TV,