Gürcüstan mitinq qaydalarını sərtləşdirdi
Dünya
09.12.2025 12:37
Gürcüstan hakimiyyəti mitinqlərin keçirilmə qaydalarını sərtləşdirir.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyası “Məclislər və nümayişlər haqqında” qanuna dəyişiklikləri parlamentə təqdim edib.
Yeni qaydalara əsasən, aksiyadan ən azı beş gün əvvəl Daxili İşlər Nazirliyinə məcburi məlumat verilməlidir. Nazirlik tədbirin ictimai asayişə təhlükə yaradacağını hesab edərsə, aksiyanın yerinin dəyişdirilməsini tələb edə bilər.
Qanuna görə, yolların və piyadalar üçün nəzərdə tutulan ərazilərin süni şəkildə bağlanması qadağan edilir. Əgər iştirakçılar 15 dəqiqə ərzində ərazini açmasa, aksiya qanunsuz elan edilə bilər.
Bundan əvvəl də Gürcüstanda etiraz qaydalarını pozanlar üçün cəzalar sərtləşdirilmişdi. Qaydaları pozanlara 15–60 günədək inzibati həbs nəzərdə tutulur.
Qeyd edək ki, Tbilisidə etirazlar 2024-cü ilin noyabrından, Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər təxirə salınmasından sonra davam edir.
Jalə Rövşən
tag: Gürcüstan,Mitinq,Qaydalar,“Gürcü Arzusu” ,Todaypress.tv,
