Günəşdə nadir “qara məşəl” müşahidə edildi
Dünya
09.12.2025 19:15
Günəşdə nadir bir hadisə – “qara məşəl” qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Telegram kanalında paylaşılıb.
Hadisə zamanı Günəşə doğru atılan böyük və soyuq hidrogen buludu parçalanaraq təxminən bir milyon kilometr boyunca Günəş diski üzərində yayılıb. Parlaq səth fonunda bu material qaranlıq “alov” və ya duman kimi görünərək Günəşin bir hissəsini müvəqqəti örtüb.
Qeyd olunub ki, belə “qara parıltılar” soyuq plazma Günəş atmosferinin yuxarı qatlarına qalxdıqda və fotosferin isti fonunda qaranlıq göründükdə ortaya çıxır. Fenomen bir neçə saat davam edib, sonra bulud qızaraq yox olub.
Mütəxəssislər bildirirlər ki, bu cür hadisələr son dərəcə nadirdir.
Jalə Rövşən
tag: Günəş,“qara məşəl”,Kosmos,Hidrogen buludu,Todaypress.tv,
