"Güclü NATO, daha güclü Avropa" – Rutte planlaarını açıqladı

Dünya

13.05.2026 20:26

NATO-nun Baş katibi Mark Rutte "NATO 3.0" konsepsiyasını "güclü NATO daxilində daha güclü Avropa" vizyonu kimi xarakterizə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Buxarest Doqquzluğu"nun (B9) iclasından sonra çıxış edərkən danışıb.

O vurğulayıb ki, transatlantik alyans ABŞ ilə əməkdaşlığa sadiq qalır, eyni zamanda avropalı müttəfiqləri öz konvensional müdafiələri üçün daha çox məsuliyyət daşımağa sövq edir. Rutte bildirib ki, Ukraynada davam edən müharibə səbəbindən Rusiya alyans üçün "ən mühüm və birbaşa təhdid" olaraq qalır.

"Biz sayıqlığımızı itirə bilmərik. NATO ərazisinin hər bir qarışını müdafiə etmək üçün lazım olan hər şeyi hər zaman edəcəyik", - deyə Baş katib vurğulayıb və əlavə edib ki, alyansın şərq cinahında, yaxud Uzaq Şimalda çəkindirmə-müdafiə tədbirləri gücləndirilib.

Rutte qeyd edib ki, alyans bu il Ankarada keçiriləcək NATO sammiti ərəfəsində hərbi imkanları, müdafiə istehsalını və xərcləri daha da artırmalıdır.

"NATO 3.0" konsepsiyasını izah edərkən o bildirib ki, bu model "güclü NATO-da daha güclü Avropa"nı nəzərdə tutur. Burada ABŞ nüvə və konvensional dəstək verməyə davam edir, Avropa üzvləri isə konvensional müdafiə üçün daha böyük məsuliyyət öz üzərlərinə götürürlər.

Aysel Mətləb

TodayPress TV

tag: NATO,Rutte,Ukrayna,Rusiya,TodayPress TV,