Gizli planın üstü açıldı: "Yermak sadəcə bir bəhanədir, hədəf..."
Dünya
13.05.2026 10:06
Almaniyanın "Welt" telekanalının müxbiri Kristof Vanner Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı irəli sürülən ittihamların Volodimir Zelenskiyə təzyiq kimi qiymətləndirilə biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Kristof Vanner Yermaka qarşı aparılan araşdırmanın əslində Volodimir Zelenski üçün siqnal ola biləcəyini deyib.
“Yermaka qarşı bu hücumlar Zelenskinin özünə qarşı hücum kimi qiymətləndirilə bilər”, — deyə jurnalist bildirib.
Onun fikrincə, araşdırma Vaşinqtonun Kiyevə Moskva ilə sülh razılaşmasına getməsi üçün göndərdiyi mesaj ola bilər.
Bundan əvvəl Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Zelenskinin heç vaxt korrupsiya araşdırmalarında fiqurant olmadığını açıqlamışdı.
NABU rəhbəri Semen Krivonos bildirib ki, istintaq müəyyən əmlakların mənsubiyyəti ilə bağlı digər versiyaları araşdırır.
Qiymət Mahir
tag: Almaniya,Kristof Vanner ,Ukrayna ,Andrey Yermak,TodayPress TV,
