Fransada universitetlər bağlana bilər: Kütləvi etiraz ÇAĞIRIŞI

Fransada universitetlər bağlana bilər: Kütləvi etiraz ÇAĞIRIŞI
03.11.2026 02:05 Dünya

Fransada hökumətə qarşı yeni kütləvi etiraz aksiyalarının keçirilməsi gözlənilir.

TodayPress TV xəbər verir ki, Fransa Milli Tələbələr Birliyi gəncləri noyabrın 3-də universitetlərdə etiraz aksiyaları keçirməyə və ali təhsil müəssisələrinin fəaliyyətini bloklamağa, noyabrın 5-də isə küçələrə çıxaraq kütləvi nümayişlərə qoşulmağa çağırıb.

Təşkilatın sosial şəbəkə hesabında yayımlanan bəyanatda hökumətin tələbələrin tələblərini dinləmədiyi vurğulanıb. Birlik gəncləri ümumi toplantılarda iştirak etməyə və etiraz aksiyalarına qoşulmağa səsləyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər