Fransada aksiya zamanı 140 nəfər saxlanıldı
Fransada keçirilən aksiyalarda təxminən 264 min nəfər iştirak edib.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, 427 aksiya keçirilib. Aksiyalar zamanı saxlanılanların sayı isə 140 nəfərə çatıb.
Hadisələr zamanı polis və etirazçılar arasında gərginlik yaşanıb.
Bildirilib ki, aksiyaların səngiməyi gözlənilmir.
Aynur TAC