Kanadadan Ukrayna üçün yarım milyardlıq QƏRAR

Kanadadan Ukrayna üçün yarım milyardlıq QƏRAR
31.10.2026 07:00 Dünya

Kanada Ukraynaya maliyyə dəstəyinin göstərilməsi məqsədilə Avropa İttifaqının kredit proqramına 500 milyon avro vəsait ayıracaq.

TodayPress TV xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Monrealda keçirilən iki günlük Kanada–Avropa İttifaqı sammitinin yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, ayrılacaq vəsait Avropa İttifaqının Ukraynaya kredit yardımı proqramının maliyyələşdirilməsinə yönəldiləcək.

Bu addım Kanadanın Ukraynaya dəstəyini Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətini əks etdirir.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər